Şrift:
"Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
29.03.2024 [10:14] - Gündəm, İdman
Yığma komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə bu gün başa çatacaq.

Tura Qəbələdə start veriləcək.

Günün ilk qarşılaşmasında “Qəbələ” ilə “Neftçi” üz-üzə gələcək. Komandalar turnir cədvəlinin fərqli qütblərində qərarlaşıblar. “Ağ qaralar” Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışırlar. Qəbələ futbolçuları isə autsayder mövqeyində qərarlaşıblar. Tərəflər arasında bu mövsüm keçirilən hər 3 oyunu “Neftçi” qalib başa vurub.

Çempion “Kəpəz”in qonağı olacaq. Gəncə klubunun arenası təmirə bağlandığı üçün oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” görüşün favoriti olsa da, Adil Şükürovun yetirmələrinin rəqibə ciddi müqavimət göstərməsi gözlənilir.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart
16:30. “Qəbələ” – “Neftçi”
Baş hakim: Cavid Cəlilov
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ”
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika stadionu
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 15 qol, Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed