Şrift:
ABŞ Cənubi Qafqazı poliqona çevirmək istəyir - Türkiyəli general
02.04.2024 [10:27] - Siyasət
Amerika Birləşmiş Ştatlarının dünya üzərində 800-ə yaxın bazası var. Bu bazalara ildə təxminən 200 milyard dollar vəsait xərclənir. Təbii ki, ABŞ bu bazaları səbəbsiz yerə münasib olmayan yerlərdə açmır. Bu bazalar tamamilə ABŞ-nin maraqlarına xidmət edir.

Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, bu ölkə həmin bazalar vasitəsilə dünyanı ABŞ-dən idarə edəcək.

"Bu prizmadan baxsaq, ABŞ-nin "soyuq müharibə" dövründə artıq Avropada çox böyük bazası var idi. Yeni dövrdə, xüsusilə Balkanlarda, Yunanıstanda və Yaxın Şərqdə uzun müddətdir mövcuddur. ABŞ-nin ATƏT-in Minsk qrupu ilə gözlətdiyi Ermənistan-Azərbaycan münaqişəsi, ya da Ermənistanın haqsız işğalı deyək, bu zaman çərçivəsində Qafqazla bağlı heç bir hərəkət olmadı.

Gürcüstan, Ermənistan və Azərbaycanı NATO-ya daxil etmək cəhdləri olub. Amma orada da çox uğurlu olduğunu demək olmaz. İndiki mərhələdə 5 aprel Brüsseldə ABŞ-Aİ-Ermənistan arasında keçiriləcək konfransda Ermənistanı qoruma paktı ola bilər. Təbii ki, bu paktın əsas məqsədi nədir? Amerika Birləşmiş Ştatlarının Ermənistanda bazasının yaradılmasını Cənubdan Rusiyanı, şimaldan İranı əhatə etməsi, Azərbaycana və Türkiyəyə qarşı varlığını qoruyub saxlamaq, hadisələrə təsir etməyə çalışmaq kimi dəyərləndirilə bilər. Təbii ki, bu,bölgəyə sülh, xoşbəxtlik, sabitlik, iqtisadi inkişaf gətirmir. Yaxın Şərqdə, Afrikada olduğu kimi, qan gölünə çevirər.

Böyük dövlətlərin münaqişə və rəqabət sahəsində olması bu regiona heç vaxt sülh gətirməyəcək. Amerika Birləşmiş Ştatlarının məqsədi budur. Bu yolla dünyanı daha yaşanmaz, xaotik, münaqişələrin və münaqişə zonalarının olacağı bir bölgəyə çevirir. Türkiyə, Azərbaycan, Rusiya, daha sonra İran buna müqavimət göstərməli, lazımi tədbirləri görməlidir.

Türkiyə ilə Azərbaycan arasında mövcud siyasi, hərbi və iqtisadi əlaqələr artıq ABŞ-nin atdığı addımların iki ölkə və iki dövlətə təsirini minimuma endirəcək infrastruktura malikdir", - deyə Y.Karauz bildirib.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed