Şrift:
Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur
05.04.2024 [10:31] - Gündəm, Hərb
Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, görüntülərdə ermənilərin Naxçıvanla sərhəddə, eləcə də, Azərbaycanın Ermənistanla şərti sərhəd ərazilərində hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi əksini tapıb.

Qeyd edək ki, son günlər Qərbin vədlərindən ürəklənən Ermənistan sərhəddə təxribat xarakterli fəallığını artırıb və sərhəddə qoşunlarını cəmləşdirməyə başlayıb.
Bu xəbər oxucular tərəfindən 1646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed