Şrift:
Bakıda küləyin sürəti 23 m/s-dək artıb
22.04.2024 [12:22] - Gündəm, Bildiriş
Aprelin 22-si saat 8:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 23, Naftalanda 24, Goranboyda 23, Mingəçevirdə 20, Tərtərdə 18, Gəncədə 16 metrə çatır.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan Muxtar Respublikasında 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.

Bəzi dağlıq və dağətəyi rayonlarda - Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.
Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed