Şrift:
Şimali Kipr Türk Respublikasında “Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi” açılıb
16.05.2024 [10:31] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Şimali Kipr Türk Respublikasında (ŞKTC) Azərbaycan-Kipr Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi” açılıb.

Açılış mərasimində ŞKTC-nın Prezidenti Ersin Tatar, Parlament sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Azərbaycan-ŞKTC və Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədrləri, deputatlar və digər qonaqlar iştirak edib.

Bundan əlavə, mərasim çərçivəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin büstü ilə “Azərbaycan qəlbimizdə” fotosərgisinin açılışı da olub.

Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzində ziyarətçiləri üçün ölkənin mədəniyyət və incəsənət imkan və zənginlikləri təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 4089 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed