Şrift:
Peskov: NATO Ukraynadakı münaqişəyə tam cəlb olunub
12.07.2024 [10:08] - Siyasət
NATO faktiki olaraq Ukraynadakı münaqişəyə tam cəlb olunub. Artıq bunu öz adı ilə demək lazımdır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Alyansın Vaşinqtonda keçirilən sammitinin yekunları barədə danışan Kreml rəsmisinin sözlərinə görə, NATO qarşıdurma alyansı kimi mahiyyətini yenidən “çox qabarıq şəkildə” təsdiqləyib.

NATO-nun Ukraynanı qəbul etmək planları Rusiyanı məğlub etmək istəyi ilə bağlıdır. Rusiya Federasiyası NATO-nun hərbi infrastrukturunun öz sərhədlərinə doğru hərəkətinin davam etdiyini görür. NATO-nun hərəkətləri Rusiya Federasiyası tərəfindən alyansa qarşı təsirli tədbirlər tələb edəcək", - deyə Peskov vurğulayıb.

Rusiya Prezidentinin sözçüsü nüvə doktrinasına düzəlişlərlə bağlı müzakirələrin davam etdiyini, lakin bunun Qərbi yeganə çəkindirmə üsulu olmadığını söyləyib.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed