Şrift:
100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb
12.07.2024 [10:09] - Türk dünyası-Turan
100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb.

100-ə yaxın Özbəkistan QHT-si BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək Konfransının (COP29) sədrliyinə səmimi dəstək ifadə edib.

Bildirilib ki, Tərəflər Konfransının (TK) 29-cu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün (CMP 19) 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün (CMA 6) 6-cı sessiyasını əhatə edən bu tədbir həmçinin maliyyə sahəsində ilk genişləndirilmiş şəffaflıq strukturunu və yeni kollektiv kəmiyyət hədəfi üzərində işi tamamlayacaq. Həmçinin Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Orqanın (SBSTA 61) və Həyatakeçirmə üzrə Yardımçı Orqanın (SBİ 61) 61-ci sessiyaları keçiriləcək.

Qeyd edilib ki, Özbəkistan qlobal iqlim problemlərinə qarşı mübarizənin kritik əhəmiyyətini qəbul edən bir dövlət kimi 1993-cü ildən bu yana BMT İDÇK-nin tərəfidir və Paris Sazişinin iştirakçısıdır: “Biz COP29 və Azərbaycanın rəhbərliyi ilə beynəlxalq arenada iqlim fəaliyyətinin təşviqində nümayiş olunan liderliyi yüksək qiymətləndiririk. Artan əhali və şəhərləşmə proseslərinə baxmayaraq, Özbəkistan təbii ehtiyatlardan daha davamlı istifadəyə və qeyri-sabit istehlak və istehsal nümunələrinə son qoymağa çalışır. Ölkə iqlim dəyişmələrinin təsirlərinə qarşı xüsusilə həssasdır, buna görə sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarının karbonsızlaşdırılması və yeni reallıqlara uyğunlaşma Özbəkistan üçün həyati əhəmiyyət daşıyır.

Özbəkistan vətəndaş cəmiyyəti gələcək nəsillərə zərər vermədən mövcud ehtiyacların ödənilməsinin vacibliyini qəbul edərək iqtisadi artım və ətraf mühitin qorunması arasında tarazlığa nail olmaq üçün səylər göstərir. Əminik ki, iqlim dəyişmələrinin həlli çox vacibdir, təsirləri azaltmaq, həssas icmaları qorumaq və mühüm ekosistemləri mühafizə etmək üçün cəsarətli və qətiyyətli addımların vaxtı gəlmişdir.

Özbəkistan vətəndaş cəmiyyəti COP29 sədrliyini və Azərbaycanın dialoq, əməkdaşlıq və innovasiyaların inkişafına sadiqliyini yüksək qiymətləndirir. Zəngin mədəni və təbii irsə malik olan Azərbaycan təkcə qiymətli ekoloji resursların mühafizəçisi kimi deyil, həm də ətraf mühitin və iqlim dəyişmələrinə qarşı tədbirlərin fəal müdafiəçisi kimi çıxış edir.

Özbəkistan qarşıdan gələn COP29 danışıqları zamanı Azərbaycanın əhəmiyyətli konsensus nəticələrinə nail olacağına dair nikbinliyini ifadə edir.

Özbəkistan vətəndaş cəmiyyəti iqlim fəaliyyətini sürətləndirmək və planetimiz üçün parlaq bir gələcək yaratmaq məqsədilə COP29-a sədrlik edən Azərbaycan ilə həmrəydir.

Biz iqlim dəyişmələri ilə mübarizədə həm insanların, həm də təbiətin inkişaf etdiyi bir dünya qurmaqda töhfə vermək fürsətimizi həvəslə gözləyirik:

“İnklüziv Həyat” fiziki məhdudiyyətli şəxslərin ictimai birliyi - Mirzərəhimova Xilola Abdukərimovna
Özbəkistanın müstəqil insan hüquqlarının müdafiəsi təşkilatı - Adilov İsmoyıl
“Şərqin Qadını” Beynəlxalq Qadınlar İctimai Fondu - Tursunbayeva Səodat Qafurovna
"EKOSAN" ekologiya və sağlamlıq üzrə beynəlxalq ictimai xeyriyyə fondu - Jurayev Komiljon Beqmonoviç
"Mərhəmət və nəticə" ictimai birliyi - Səidə Turabekova
Özbəkistan Psixoloqlar Assosiasiyası - Mahmudova Xulkar Tilaboevna
“Bilik Karvanı” qeyri-dövlət qeyri-kommersiya elmi təşkilatı - Tolipov Fərxod Faziloviç
“Sağlam nəsil naminə” qeyri-hökumət beynəlxalq xeyriyyə fondu - Muminov Nazimjon Erqaşeviç
Özbəkistanın “Aqrar Qadınlar” Assosiasiyası - Əhmədcanova Ədibə Kamilcanovna
Rusiya universitetlərini bitirmiş Özbəklərin qeyri-hökumət Respublika İctimai Birliyi - Məmədəliyeva Mahbula Mamatazizovna
“Kəpənək balalar” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cabbarova Guzal Telmanovna
“Mədəd” müəssisə formasında qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Tursunov Tulkin Mirzəyeviç
“İstiqbal” Araşdırma Mərkəzi ictimai birliyi - Butayev Usmonjon Xayrullayeviç
“Özbəkistan jurnalistlərinin yenidən hazırlanması” mərkəzi - Babacanova Gülnarə Nəcimovna
Regionların İqtisadi İnkişafına Yardım Mərkəzi - Bekçanov Davron Maşaripoviç
“Demokratiya və İnsan Hüquqları” İnstitutu - Xocayeva Sayora Ataxanovna
“Firavan Yurt” xeyriyyə ictimai birliyi - Qılıçev Şoxzod Nortuxtaeviç
Özbəkistan İqtisadiyyat Assambleyası - Umarov Maxtor Mansurxudjaeviç
Özbəkistan Qadınlar və Qızlar Assosiasiyası - Miradilova Nəsibə Kadırovna
“Rəqəmsal Nəsil Özbəkistan” Qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Cəlalov Əzəmət Axraroviç
Özbəkistan Könüllülər Assosiasiyası - Abidova Şirin Rəhimcanovna
Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatının Xalq Diplomatiyası Mərkəzi - Sobirov Kobiljon Kosimoviç
Davamlı İnkişaf Mərkəzi - Saminov Elyorjon Sadullajonoviç
Özbəkistanın Qonaq Evləri və Hostel Sahibləri Assosiasiyası - Səidov Utkir Urolboeviç
Özbəkistan Sahibkarlığa və Fermerliyə Dəstək Mərkəzi - Alimov Akrom Mahkamoviç
Özbəkistan Əlillər Cəmiyyəti - Abdullayev Kamil Kadamoviç
Özbəkistan Respublikasının Notariat Palatası - Aşurov Dilşod Rüstəmoviç
“Ailə” elmi, sosial və humanitar təşəbbüslər mərkəzi - Kərimova Dildora Mirsabitovna
“Özbəkistan gənclərinin sahibkarlığın təşviqi mərkəzi” qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Rəşidov Mehroc Xurşed oğlu
Özbəkistan Əlillər Assosiasiyası - Isokov Aybek Yusufbekoviç
“Mərkəzi Asiya Assosiasiyası” ictimai birliyinin Özbəkistandakı nümayəndəliyi - Mamarasulova Gülnoz Abulkosimovna
"EKOLOQ" ictimai birliyi - Kosımova Nərgiz Sünnət qızı
“Özbəkistan Çernobılçıları” Assosiasiyası - Nikonov Yuri Andreeviç
“Yeni Media Təhsil Mərkəzi” müəssisə formasında qeyri-hökumət, qeyri-kommersiya təşkilatı - Alimov Beruni Sultanoviç
“Özbəkistanın xeyirxahlıq və sağlamlıq” ictimai fondu - Mirzəhmədov Asrol Xocieviç
Respublika “Çernobıl” İctimai Xeyriyyə Fondu - Normuratov Davronbek Omonoviç
"Yüksəliş" ümummilli hərəkatı - Bekmurodov Bobur Mansuroviç
Özbəkistan və Türkiyə İş Adamları Birliyi "UTİD" - İslamov Rüstəm İsrailoviç
“Uzbekligim - Uzligim” (özbəkliyim-kimliyim) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sultanova Moxira Sabitovna
İnsan Hüquqları Mədəniyyəti Mərkəzi - Umarov İxtiyor Sübxanoviç
“Ömür boyu irs” Özbəkistan mədəniyyəti və incəsənətinin təbliği mərkəzi - Mirzəyeva Lütfiyyə Xomidovna
Özbəkistan döyüşçü-veteran və əlillərin "VETERAN" ictimai birliyi - Muradov Tələt Pərdayeviç
“EZGU AMAL” ictimai fondu - Xocayeva Xilola Baxtyorovna
Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti - Narpulatov Erqaş Djuraeviç
Proqressiv İslahatlar Mərkəzi - Aslanov Mirşoxid Fərxodoviç
Özbəkistan Gənclərinin Beynəlxalq Assosiasiyası - Şavkatov Otabek Şerzodoviç
Daşkənd şəhəri qızların sahibkarlıq mərkəzi - Yoldaşova Vəzirə Abdullayevna
"VETERAN" Özbəkistan Veteranlar və Əlillər Cəmiyyəti Daşkənd şəhər şöbəsi - Sultanov Rüstəm Sultanoviç
Daşkənd şəhər şəkərli diabet xəstələri və əlillərin “Ümid” Xeyriyyə İctimai Birliyi - İbrahimova Nilufər Şükürovna
Məhəmməd Yusif adına Daşkənd Şəhər İctimai Fondu - Salyamova Nazirə Salomovna
Daşkənd Şəhər Mühəndislik Təhsili Assosiasiyası - Maqrupov Tələt Madiyeviç
Daşkənd şəhər "SOF-DİL" diabetli əlil uşaqlar cəmiyyəti - Sultanova Şəhrizadə Talabbəyovna
“MILLENNIUM” əlil gənclər üçün sosial və hüquqi reabilitasiya mərkəzi - Mahmudkulova Gülcaxan Erqaşevna
Özbəkistan Əlillər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Vasikova Feruzə Həşimovna
Daşkənd şəhər "Bilol-karate" karate idman klubu - Zeyniddinov Biloliddin Kamolxocaeviç
Daşkənd şəhəri "Loqos" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Sanginov Səidrasul Səidəkpəroviç
Daşkənd şəhər “Sağlam ana və uşaq” qadınlara və gənclərə dəstək mərkəzi - Zaripova Rənajon
Özbəkistan Milli Paraolimpiya Assosiasiyasının Daşkənd şəhər regional bölməsi - Əzizov Abdukaxhor Abduxapisoviç
Daşkənd şəhəri "MIR FIGHTER" peşəkar idman klubu - Normatov Odiljon Abidoviç
Özbəkistan Respublikasının “Əlil hemofiliyalı xəstələr” cəmiyyəti - Yusupova Durdona Ravşanovna
Özbəkistan Oyunlar və Daşa Dırmanma Federasiyasının Daşkənd şəhər bölməsi - Xusanov Ümid
Daşkənd şəhər "İNKLUZİV CƏMİYYƏT" əlillərin ictimai birliyi - Tillayeva Nodirə Doniyorovna
Daşkənd Şəhər Görmə Məhdudiyyətli Gənclər Mərkəzi - Dangalov Sünnətilla Mustafayeviç
Özbəkistanın Qızıl Aypara Cəmiyyəti Daşkənd şəhər təşkilatı - Taşlanova Nəzokət Rüstəmovna
Daşkənd şəhəri "Mehr Kuzda" (Gözlərdə mərhəmət) qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Taşxocayeva Maxira Haşimovna
“Təsviri ayna” yaradıcılıq birliyi Daşkənd şəhər şöbəsi - Qulyamov Murod İsmayıloviç
Özbəkistanın arbitraj məhkəmələri Assosiasiyanın Daşkənd şəhər bölməsi - Əbrəhmənov Uluqbek Kushmatoviç
Daşkənd Şəhər Əlil Uşaq və Böyüklər İdman Klubu - Zuhurova Muattar Kabirovna
"EKOMƏKTƏB" ekologiya-resurs mərkəzi - Natalya Sergeyevna Şivaldova
Özbəkistan Eşitmə Məhdudiyyətli Şəxslər Cəmiyyəti Daşkənd şəhər ərazi idarəsi - Mahkamova Gülnarə Abdunəzərova
Daşkənd Şəhər İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyəti - Abduqayumov Bahodir Abduraximoviç
"Şərait plus" əlillər ictimai birliyi - Rəhimova Muxabat Axrorovna
"Ürək Ekologiyası – Ruh Ekologiyası" qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Suvanov Eşdavlat Səlimoviç
Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin Daşkənd şəhəri Şeyxontaxur rayon bölməsi - Əlibayeva Nilufər Abiddinovna
Qadınlar və yeniyetmələr üçün "NAFOSAT" təlim mərkəzi - Mətyakubova Noila İspanovna
Daşkənd şəhər “ÜMIDVORLİK” sağlamlıq imkanları məhdud uşaqlara yardım mərkəzi - Teperina Marina Nikolaevna
Daşkənd şəhər “İndiqo” təbiəti mühafizə cəmiyyəti - Volkov Pavel Vsevolodoviç
Daşkənd şəhəri "Özbəgimin gəncləri" ansamblı - Lüdfiya Ruzibayeva
"İş qadını" Özbəkistan İş qadınları assosiasiyasının Daşkənd şəhər bölməsi - Taşmuxammedova Diləfruz İbrahimovna
Daşkənd şəhər Xalq Deputatları Soveti yanında vətəndaş cəmiyyəti institutlarına və qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına dəstək ictimai fondu - Kuçkarova Xayotxan Əliyevna
Özbəkistan Respublikasının müdafiəsinə yardım göstərən “Vətənpərvər” təşkilatının Daşkənd şəhər filialı - Alimxocayev Fərxod Mahmudxocaeviç
Özbəkistan Respublikasının “Canlı təbiət” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Əzizov Şadiyar Validjanoviç
“Müəllimlər assosiasiyası” ictimai birliyi, Daşkənd şəhər bölməsi - Şaislamova Kunduz Şanazarovna
Daşkənd şəhəri Rerixlər Cəmiyyəti - Monasypova Nadzia Raufovna
“Ekosan” ekologiya və sağlamlıq beynəlxalq xeyriyyə ictimai fondunun Daşkənd şəhər filialı - Umarxocayeva Şahnoza Maksudovna
“İNTİLİŞ” Respublika İnformasiya və Təhsil Mərkəzinin Daşkənd şəhər filialı - Şarmetova Səyohət Yuldaşbəyovna
Özbəkistan "KI DO" assosiasiyası ("Khap KI Do" döyüş sənəti) Daşkənd şəhər bölməsi - Mahkamov Fərxod Minovarşoyeviç
“Mehribanlıq” Daşkənd şəhər Əlillərin Qarşılıqlı Sosial Yardım Cəmiyyəti - Zakirov Farkhod Murodjon oğlu
Özbəkistan Tələbə İdman Assosiasiyasının Daşkənd Dövlət İqtisad Universitetinin “TDIU” idman klubu - Tanqriyev Abdukarim Tovoşeviç
Özbəkistan Görmə Məhdudiyyətli Şəxslər Cəmiyyətinin Daşkənd şəhər bölməsi - Toşxocayeva Ulmas Xocakbarovna
"Tumor" muncuq dekorativ sənəti mərkəzi - Djuraeva Sayora Baratəliyevna
Daşkənd şəhəri “Qiymətləndirici Təşkilatların Assosiasiyası” ictimai birliyi - Sadıqova Nozimaxan Omonulloxanovna
Özbəkistan Mikrorayonlar Assosiasiyasının Daşkənd şəhər administrasiyası - Mahmudxucayev Furkat Sidixucaeviç
Vətəndaş Təşəbbüslərinin Təşviqi Mərkəzinin Daşkənd şəhər bölməsi - Normamatova Nadirə Salamatovna
Daşkənd şəhər “Özbəgim gəncləri” ansamblı qeyri-hökumət qeyri-kommersiya təşkilatı - Lüdfiya Ruzibayeva
Özbəkistan “Məhəllə” Xeyriyyə İctimai Fondu Daşkənd Şəhər Bölməsi - Kərimov Sokijon Alimdjanoviç
Bu xəbər oxucular tərəfindən 1755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed