12.07.2024 [10:17] - Gündəm, Siyasət
İyulun 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış edərək, parlament platformasında əməkdaşlığın əhəmiyyəti, həmçinin BRİCS-ə üzv ölkələr arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edərək, Parlament Forumunun dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu söyləyib.
O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.
“Təəssüflər olsun ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq”, – deyən S.Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O, vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.
Milli Məclisin sədri deyib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcək.
Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında məlumat verib. Spiker deyib ki, ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.
Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən Milli Məclisin sədri, iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində keçiriləcək Parlament iclası barədə məlumatlandırıb. O vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək. Sahibə Qafarova, tədbir iştirakçılarını Parlament iclasına dəvət edib.
Qeyd edək ki, tədbiri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko açıb. O, tədbir iştirakçılarını salamlayaraq, konfrasnın əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib.
Plenar sessiyada çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. O, ölkəmizin Qoşulamama Hərəkatı Parlament Şəbəkəsinə uğurlu sədrliyini təqdir edib.
Tədbirdə, həmçinin təşkilata üzv ölkələrin parlament sədrləri də çıxış ediblər.

Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |