Şrift:
Trampın namizədliyi rəsmən təsdiqləndi
16.07.2024 [10:31] - Gündəm, Siyasət
ABŞ-də Respublikaçılar partiyası sabiq prezident Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.

Tramp partiyanın qurultayı zamanı rəsmi namizəd olmaq üçün kifayət qədər səs toplayıb.

"Onu Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd elan edirik", - deyə qurultayda Trampın oğlu Erik elan edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri cari il noyabrın 5-də keçiriləcək. Ölkənin hazırkı lideri Co Bayden və Donald Tramp Demokratlar və Respublikaçılar partiyalarında partiyadaxili seçkilərdə faktiki olaraq qalib gəliblər. Onların namizədlikləri partiyaların qurultayı zamanı rəsmən təsdiqlənməlidir. Respublikaçılar partiyasının qurultayı iyulun 15-18-də Viskonsin ştatında keçirilir. Demokratların qurultayı isə avqustda baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed