Şrift:
Netanyahu Qəzza danışıqlarına nümayəndə heyəti göndərmək qərarına gəlib
22.07.2024 [09:44] - Gündəm
İsrailin baş naziri Benyamin Netanyahu iyulun 25-də Qəzza razılaşması ilə bağlı danışıqları davam etdirmək üçün İsrail nümayəndə heyətini göndərməyi əmr edib.
Baş nazirin ofisi Netanyahunun iyulun 21-də danışıqlar qrupunun üzvləri və ölkənin təhlükəsizlik sisteminin nümayəndələri ilə məsələni ətraflı müzakirə etdiyini açıqlayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Baş nazirin danışıqlar qrupu ilə görüşü zamanı Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi məsələsi də müzakirə olunub.

Netanyahunun iyulun 22-də ABŞ-a uçacağı və iyulun 23-də Ağ Evin rəhbəri Co Baydenlə görüşəcəyi bildirilir.

Netanyahunun iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxışı planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed