Şrift:
NATO: Hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir
22.07.2024 [10:11] - Hərb
2014-cü ildən bəri 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Dakhlalla deyib.

"Biz soyuq müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik, hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - deyə alyansın rəsmisi qeyd edib.

Bundan əvvəl Polşa Prezidenti Anjey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed