Şrift:
Ərdoğan İsraili hədələyib
29.07.2024 [09:56] - Gündəm, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün ölkəsinin Rizə bölgəsinə etdiyi səfər zamanı çıxışında maraqlı bəyanat səsləndirib.
Ərdoğan Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtəyə diqqət çəkib və güclü olmağın zəruruliyini qeyd edib. Onun fikrincə, "çox güclü olsaydı İsrailin Fələstinə etdiklərini edə bilməyəcək"di.

"Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edəcəyik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək. Əgər biz bu gün İsrailə qarşı ən sərt bəyanatı veririksə, onlarla bütün ticarətimizi kəsmişiksə, əlaqələrimizi kəsmişiksə... "

Ərdoğan bir daha Fələstin lideri Mahmud Abbası Türkiyəyə dəvət etdiklərini, lakin onun müsbət cavab verə bilmədiyini qeyd edib: "Növbəti prosesi buna uyğun aparacağıq".
Bu xəbər oxucular tərəfindən 1542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed