Şrift:
Azərbaycanda yaşıl enerji istehsalı kəskin artıb
13.08.2024 [11:51] - İqtisadiyyat
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 33,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 352,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 327,7 mln. kVt-saat) nisbətən 1 077,6 mln. kVt-saat və ya 81,2% artaraq 2 405,3 mln. kVt-saat təşkil edib.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed