Şrift:
Rəşad Nəbiyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb
14.08.2024 [10:52] - Türk dünyası-Turan
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed