Şrift:
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ
16.08.2024 [11:04] - Sağlıq
Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

Qeyd edək ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed