Şrift:
Kreml: Rusiya Azərbaycan-Ermənistan normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır
19.08.2024 [10:40] - Gündəm, Siyasət
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, qarşıda duran əsas vəzifələr sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və demarkasiyası prosesinin təşviqi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpa edilməsidir: “Ermənistan-Azərbaycan nizamlanması Rusiya Federasiyası və Azərbaycan liderləri arasında danışıqların mövzularından biri olacaq”.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed