Şrift:
Rusiya Ukraynada enerji obyektlərini bombalayıb
21.08.2024 [10:20] - Gündəm
Ötən gecə Rusiya hərbi aviasiyasının Ukraynanın Sumı vilayətindəki enerji obyektlərini bombalaması nəticəsində 72 yaşayış məntəqəsi işıqsız qalıb.

Bunu vilayətin hərbi administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda 18,5 min abonentin elektrik təchizatı dayandırılıb. Görülən tədbirlər nəticəsində kritik cəhətdən əhəmiyyətli infrastruktur obyektlərinin bir qismində problem aradan qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed