Şrift:
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
21.08.2024 [10:39] - Gündəm
Qısamüddətli gərginlik düşməsi səbəbindən Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.
"Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", - QSC-dən bildirilib.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed