Şrift:
Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu açıqlayıb
28.08.2024 [09:56] - Türk dünyası-Turan
Türkiyə Mərkəzi Bankı (TCMB) 2024-cü ilin avqust ayı üçün "Sektor inflyasiya gözləntiləri"ni açıqlayıb.

Bu barədə Türkiyə mətbuatına istinadən xəbər veririk.

Məlumata görə, müvafiq olaraq, avqust ayında illik inflyasiya gözləntiləri real sektor üçün 1,2 faiz bəndi azalaraq 53,8 faiz, ev təsərrüfatları üzrə isə 1,1 faiz bəndi artaraq 73,1 faiz səviyyəsinə yüksəlib.

Gələcək 12 ayda inflyasiyanın azalacağını gözləyən ev təsərrüfatlarının nisbəti əvvəlki ayla müqayisədə 0,3 faiz bənd artaraq 29,6 faizə çatıb.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed