Şrift:
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının təlimi keçirilir
30.08.2024 [10:39] - Hərb
2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra olunur.

Qeyd edilib ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed