Şrift:
Azərbaycanda 8 ayda valyuta hərraclarında 4.8 mlrd. dollar satılıb
30.08.2024 [10:45] - Gündəm, İqtisadiyyat
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 ABŞ dolları satılıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb.

Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed