Şrift:
Ermənistanda konstitusiya referendumu 2027-ci ildə keçirilə bilər
30.08.2024 [10:46] - Gündəm, Siyasət
Ermənistanda Konstitusiyaya dəyişiklik üzrə referendum 2027-ci ildə keçirilə bilər.

Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Bundan öncə də, ölkənin baş naziri Nikol Paşinyan dəfələrlə əsas qanunda dəyişikliklərin zəruri olduğu barədə bəyanat verib. O vurğulayıb ki, yeni kontitusiya ölkənin təməllərini möhkəmləndirəcək, eləcə də rəqabət qabiliyyətini artıracaq.

Qeyd edək ki, hazırda qüvvədə olan Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed