Şrift:
Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb
04.09.2024 [10:48] - Gündəm, İdman
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed