Şrift:
Yer kürəsini güclü maqnit qasırğaları vura bilər
16.09.2024 [10:04] - Gündəm, Bildiriş
Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini vuracaq və bu proses bütün gün davam edəcək.

Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, maqnit qasırğalarına sentyabrın 14-də günəşdə baş verən güclü partlayışı səbəb olub.

Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.
Bu xəbər oxucular tərəfindən 116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed