Şrift:
Azərbaycan 2023-2024-cü illərdə 37 mlrd. kubmetr qaz ixrac edib
16.09.2024 [10:33] - İqtisadiyyat
Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxışı zamanı bildirirb.
Onun sözlərinə görə, enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir. Ötən il və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur.

Nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 9 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 18,2 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 20,3 milyard dollar investisiya qoyduğu bildirilib.
Bu xəbər oxucular tərəfindən 121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed