Şrift:
Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulacaq
16.09.2024 [10:36] - Gündəm
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

İclasda Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed