Şrift:
ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
23.09.2024 [10:24] - Gündəm
Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinin Əl-Şəddadi bölgəsində yerləşən ABŞ bazası raket atəşinə tutulub.

Bu barədə “RİA Novosti” Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-ın bölgədəki bazasına dörd raket atılıb. Hücum nəticəsində bazanın ərazisində yanğın baş verib.

Hücum nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed