Şrift:
"Tottenhem" - "Qarabağ" oyununun baş hakimi açıqlanıb
25.09.2024 [09:48] - Gündəm, İdman
İngiltərədə "Tottenhem" və "Qarabağ" arasında baş tutacaq UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.

Ona həmyerliləri Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas (Avstriya) əyləşəcək.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed