Şrift:
Bayden: Biz İranın nüvə obyektlərinə hücumun tərəfdarı deyilik
03.10.2024 [10:22] - Gündəm
ABŞ prezidenti Co Bayden İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini və İsrailin Tehrana eyni ölçülü cavab verməli olduğunu bildirib.

Bayden “Helen” qasırğasının vurduğu Şimali və Cənubi Karolinaya səfər etmək üçün təyyarəsinə minməzdən əvvəl Yaxın Şərqdəki son hadisələrə münasibət bildirib.

Bayden jurnalistlərin mövzu ilə bağlı sualına cavab verərkən İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib.

İsrailli həmkarları ilə danışıqlarının davam etdiyini və İrana necə cavab verəcəklərini müzakirə etdiklərini bildirən Bayden, həmçinin bu gün G7 liderləri ilə ortaq telekonfransda danışdıqlarını və İsrailin eyni ölçülü cavab verəcəyinə razılaşdıqlarını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed