Şrift:
Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb
04.10.2024 [11:41] - Siyasət
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Əfqanıstanın mənimsənilmiş aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb.

Lavrov bu barədə bu gün Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda deyib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Əfqanıstanın regionda terrorizmlə mübarizə səylərini dəstəkləyir.

"Rusiya Federasiyası Əfqanıstan hakimiyyətinin regionda terror təhlükəsinin qarşısını almaq üçün səylərini dəstəkləyir", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda Taliban hökumətinin xarici işlər naziri səlahiyyətlərini icra edən Əmir Xan Möttəki də iştirak edir.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed