Şrift:
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon avro ayıracaq
07.10.2024 [11:24] - Siyasət
Hollandiya Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının hazırlanmasına təxminən 400 milyon avro ayıracaq.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Müdafiə naziri Ruben Brekelmans məsələyə münasibət bildirərkən bunları deyib:

"Hollandiya əvvəllər F-16 və Patriot sistemlərinin tədarükündə qabaqcıl rol oynayıb və indi biz bunu inkişaf etmiş pilotsuz təyyarələrlə davam etdiririk, PUA fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq".

Onun sözlərinə görə, söhbət kəşfiyyat, müdafiə və hücum üçün istifadə oluna bilən hər cür perspektivli dronlardan gedir.

Nazir həmçinin artıq Ukraynaya 3,76 milyard avro vəsait ayrıldığını deyib.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed