Şrift:
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünivar Azərbaycan xalqını təbrik edib
18.03.2013 [11:00] - Gündəm, Türk dünyası-Turan
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, professor Necdət Ünivar Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib. TRT-nin Bakı nümayəndəliyindən verilən xəbərə görə, təbrikdə deyilir:

“Dost və qardaş Azərbaycanın Novruz Bayramını təbrik edirəm. Novruz baharın müjdəçisi, dostluqların möhkəmlənməsinə vəsilə olan günlərdən biridir. Novruz bütün türk dünyası üçün bayramdır, ancaq Azərbaycan xalqı qədim ənənələri bütün rəngarəngliyi ilə qoruyub saxlamaqla, öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirməklə bu bayramı yaşatmışdır. Bir daha Azərbaycan xalqının bu özəl bayramını təbrik edir, qardaşlarıma bol ruzi bərəkət, səadət gətirməsini arzulayıram”.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed