Şrift:
Türkiyədən İranı qəzəbləndirəcək addım
01.04.2013 [11:36] - Gündəm, Güney Azərbaycan xəbərləri, Hərb
Türkiyə hava sahəsini ABŞ-ın qitələrarası pilotsuz casus təyyarələri üçün açıb.

Türkiyədə ilk dəfə keçirilən Beynəlxalq Aviasiya və Kosmik Qüvvələr Konfransında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, professor Benjamin Lambert söyləyib.

Konfransa 57 ölkədən 1000 nəfər qatılıb. ABŞ, Rusiya, Çin, Fransa, İsveç, İngiltərə, İtaliya, Almaniya, Belçika, Hollandiya kimi aviasiya sahəsində inkişaf etmiş ölkələrin təmsilçilərinin iştirak etdiyi konfransa İsrail və İranın dəvət edilməməsi diqqət çəkib. İranın nüvə proqramının qarşısını almaqda qərarlı olan ABŞ-ın “RQ-4 Global Hawk” adlı qitələrarası pilotsuz təyyarəsi saatlarla havada qalaraq kəşfiyyat məlumatları toplaya bilir.

“Vətən” qəzeti Türkiyə ordusundakı mənbələrə istinadən bu pilotsuz təyyarələrin Orta Şərq, xüsusən İranla bağlı məlumatlar topladığını yazıb. Müharibə vəziyyətindən başqa digər hallarda Türkiyə hava sahəsindən istifadə ilə bağlı icazəni ya hökumət, ya da Silahlı Qüvvələrin Baş Qərargahı verə bilər. Türkiyə 2003-cü ildə İraqa hücumdan əvvəl də ABŞ pilotsuz casus təyyarələrinə hava sahəsindən istifadəsinə icazə verib.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed