Şrift:
Öcalanın buraxılmasından söhbət gedə bilməz
01.04.2013 [12:13] - Gündəm, Türk dünyası-Turan
Məlumata görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İmralıda saxlanan PKK terror təşkilatının lideri Abdullah Öcalanın ev dustaqlığına buraxılacağına dair iddiaları belə cavablandırıb.

“Ev dustaqlığı müzakirə mövzusu belə deyil. Biz İmralıda niyə bu qədər əvəz ödəyirik? Öcalanı normal F tipli həbsxanaya göndərəcəyiksə, onda niyə hər gün on minlərlə insanın iştirak etdiyi mitinqlərdə iştirak edirik?” Baş nazir həmçinin PKK terrorçularının əfv olunacağı barədə xəbərləri də təkzib edib. Ölkəni tərk edəcək terrorçuların silahı Türkiyədə qoyub getməli olduğunu deyən Ərdoğan “gedənlər silahlarını mağaralarda basdırıb getsinlər, silahla gedərlərsə, bu açıq-aşkar təxribat olacaq. Ölkəmizin sərhədlərini keçib gedəcəklərsə, sərhədi yalnız silahı qoyub keçə bilərlər” – deyə vurğulayıb.

Ərdoğan razılaşma əldə olunacağı təqdirdə təxminən 500-2000 terrorçunun ölkəni tərk edəcəyinin ehtimal olunduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed