Şrift:
Milli sevgi
23.04.2013 [11:19] - Gündəm, Gənclik
Milli sevgi nədir?
Millətçilik nədir,millətçilik və irqçilik eyni anlayışlardımı? Bu suallara cavab tapmağa çalışaq,çünki bəzilərimiz bu ifadələrin mənasını bilmir.
Milli sevgi,yəni insanın dövlətini,millətini ,insanlarını sevməsi,adət-ənənələrinə sahib çıxmasıdır.Hər bir milləti ayaqda tutan özünə məxsus dəyərləri var.
Millətçilik isə öz millətinə sonsuz bir sevgi ilə bağlı olan insanların getdiyi yoldur.
Ona görə millətçilik və irqçilik anlayışlarını qarışdırmamalıyıq.İrqçilər öz millətlərini hər kəsdən üstün sayır,bütün dünyaya sahib olacaqlarına inanır və bu yolda öz millətlərindən olmayan insanların qanlarını halal hesab edirlər.Nəticə isə qanlı müharibələr ,minlərlə insanın ölməsi olur.
Hitler,Mussoluni ,Stalin irqçilərdi .Onların etdiklərinin tarix lənətlə xatırlayır.Onların fikir ataları isə Darvin,Mao kimi insanlardır.
Darvin avropa xalqlarını üstün,digər xalqları ,o cümlədən Türkləri ikinci dərəcəli millət olaraq göstərirdi və bu millətlərin yox olması gərəkdiyini yazırdı.
İrqçilik dinə və Allaha da düşməndi,çünki Allah gözəlliyi əmr edərkən,irqçilər kini və nifrəti ,öldürməyi təbliğ edir.
Bəs bizim millətçilik anlayışımız necə olmalıdır?
İlk öncə gənclərimizi sonunda “izm”olan bütün cərayanlardan qorumalıyıq,onlara irqçiliyi deyildə millətçiliyi,milli sevgini təlqin etməliyik.
Məsələn: Mustafa Kamal Atatürkü anlatmalıyıq uşaqlarımıza onun həyat yolunu milli mübarizəsini və millətini necə sevməsini.
Millətçilik öz millətini sevmək,ancaq başqa millətlərə də hörmətlə yanaşmağı,lakin millətimizə,dövlətimizə düşmənçiliklə yanaşan xalqlara ,eyni cavabı verən bir yoldur.
Biz sevgi dolu bir peyğənbərin ümmətiyik,amma o peyğənbər görün bizlərə nələr deyir.
“Vətən sevgisi imandandır”- yəni əzizlərim Allaha inanırıqsa vətənimizi də sevməliyik.Əgər bu yolda ölərsək, dinimiz bizim şəhid olacağımızı söyləyir.
Və Əli (r.anh) : “ Hər kəsi bağışlayın,ancaq millətinizə,dövlətinizə xəyanət edənləri əsla” .Yəni biz millətimizi sevməyi Stalindən,Maodan deyil Peyğənbərdən öyrəndik və onun izindən gedənlərdən.
Bu yer üzündə hansısa millət,hansısa millətdən üstün deyil.Üstünlük yalnız təqva ilədir.Bu baxımdan Əsrlərdir İslama hizmət edən Türk milləti keçmişdə olduğu kimi ,gələcəkdə də dünyanın söz sahibi millətlərindən biri olacaqdır.Yetərki,biz “ədalət mülkün təməlidir” deyən Hz Ömər və Atatürkün sözlərini unutmayaq və millət olaraq haqqın yolunda olaq.

Tural Sahab
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed