Şrift:
Məhkumlar işlə təmin olunur
15.05.2013 [11:00] - Gündəm, Sosial
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub. Bununla belə daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür. Bu sahədə həyata keçirilən son tədbir 11 saylı cəzaçəkmə müəssisəsində daha 15 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixana təşkili olunub. Müəssisənin istehsalat sahəsində istifadəsiz olan 162 kvadrat metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib və artıq ilk məhsul yığılıb. Eyni zamanda istixanada tərəvəz bitkilərinin şitillərinin yetişdirilərək satışa çıxarılması nəzərdə tutulur.

Cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed