Fərəc Quliyev:
Fərəc Quliyev: "Ölkəmizin milli maraqları bizim üçün əsasdır"
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "Gündəlik Bakı" qəzetinin suallarını cavablandırıb.
Tərcümeyi-halında oxuyuruq: - 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Əbülfəz Elçibəyin 1-ci müavini olub, 1990-ci ildə o zamankı Ali Sovetin deputatı seçilib, o zamankı "DemBlok"un üzvü, parlamentdə "Müstəqillik aktı"nı hazırlayan həmmüəlliflərdəndir. Azərbaycanda ilk dəfə Ordubad ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, ərazidəki bütün sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik edib.
1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azerbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" Təşkilatı formalaşdırıb. Naxçıvanın ən yüksək zirvəsində yerləşən "Soyuq" adlı (bura Naxçıvanın Murovdağı da deyirlər) Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birləşmələrindən 24 nəfərlə birlikdə ələ keçirib. Bu əməliyyata görə, prezident Əbülfəz Elçibəy tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülsə də, ondan imtina edib. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə -könüllü batalyonların yaradılmasına rəhbərlik edib. Yəqin ki, çoxlarınız 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmiş Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Fərəc Quliyevin həyat və fəaliyyətindəki bu məqamlarla tanış deyilsiniz. Tanış olmadığımız, barəsində ətraflı məlumatlar ala bilmədiyimiz digər məqamlarla isə Fərəc Quliyevlə müsahibəmizdə əldə etdik:

“Bu millətin milli dəyərlərinə və atributlarına toxunan hər kəsin üstündən tapdalayıb keçərik”
“Bu millətin milli dəyərlərinə və atributlarına toxunan hər kəsin üstündən tapdalayıb keçərik”
Fərəc Quliyev : - Bu suala cavabımı şablon bir davranış kimi qiymətləndirməyin. Mənim üçün məhbəsdə və ya azadlıqda olmağımın bir əhəmiyyəti olmayıb. Məhbəs mənim mübarizəmin bir mərhələsi, bir forması idi. Mənim fikirlərim və ideyalarım, milli istəklərim dəyişməyibsə, harada olmağımın heç bir əhəmiyyəti yoxdur. Biz Bayılda hər səhər oyananda “Azərbaycan” radiosunda, himn çalınanda bütün həbsxana sayğı duruşunda durub himni oxuyurduq. Bu, artıq adət halını almışdı. Hətta mən 13-cü, 14-cü kolonlarda olanda fərarilik maddəsi üzrə məhkum olunan dustaqlarla işləyirdik ki, narkomaniyaya qurşanmasınlar. Bunun nəticəsi olaraq onlar hər səhər yuxudan duranda himni oxuyurdular, idmanla məşğul olurdular. Mənimçün şərəf idi ki, üçrəngli bayraq başımızın üstündədir. Mən öz ölkəmin həbxanasını bir başqa dövlətin sarayından həmişə üstün tutmuşam...
Millət vəkili Fərəc Quliyev Avronest Parlament Assambleyasının  plenar sessiyasında çıxış etdi və bəyanat yaydı
Millət vəkili Fərəc Quliyev Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış etdi və bəyanat yaydı
Azərbaycan Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Avronest Parlament Assambleyasının plenar sessiyasında çıxış etdi və bəyanat yaydı. Bəyanatın tam mətnini diqqətinizə çatdırırıq:
Əziz həmkarlarım, sovet imperiyasının dağılması və işğalda olan ölkələrin müstəqillik qazanmasının 20 illiyi ərəfəsində Avronest Parlament Assambleyasının plenar sessiyasının keçirilməsi böyük siyasi hadisədir. Bəşəriyyətin xərçəng xəstəliyi olan kommunizmin süqutu Yeni Dünya Düzənində demokratik dəyərlərin üstün vəziyyətə gəlməsi dinamizminə təkan verdi. Bu imperiyanın Şərqi Avropa ölkələrində - Polşada, Macarıstanda; Orta Asiyada – Qazaxıstanda, Özbəkistanda; Pribaltikada, Gürcüstanda, 20 yanvar 1990-cı ildə Azərbaycanda törətdiyi qanlı cinayətlər hansı mahiyyətli bəladan bəşəriyyətin xilas olduğunu göstərir. Ölüsü də zərər verən bu imperiya, Dnestryanı, Osetiya, Avxaziya, Qarabağ və sair kimi süni problemləri dinc Planetimizin – evimizin döşəmələri altına mina kimi döşəyərək tarixin səhnəsindən getmişdir.