Şrift:
Erməni faşistlərinin Beyləqana vurduğu ziyanın ilkin qiymətləndirilməsi aparılır
16.11.2020 [11:42] - Xəbərlər, Siyasət
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Beyləqanda evlərə, sosial obyektlərə və təsərrüfatlara dəyən ziyanın qiymətləndirilməsi istiqamətində iş aparılır, bölgəyə ezam olunan işçi qrup tərəfindən dağıntı yerlərinə baxış keçirilir.

Ermənistanın hərbi təcavüzü nəticəsində cəbhədən kilometrlərlə uzaqda olmasına baxmayaraq, Beyləqanda da dağıntılar baş verib. Erməni faşistləri tərəfindən rayon ərazisi ağır artilleriyadan atəşə tutulub. Nəticədə 2 dinc sakin həlak olub, sosial obyektlər, evlər dağılıb, infrastruktur sıradan çıxıb.

Rayon ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün hazırda işçi qrup tərəfindən əraziyə baxış keçirilir. İşçi qrupun rəhbəri Samir Şahhüseynli bildirib ki, 4 gün ərzində baxış keçirilən zaman ilkin məlumata görə, 60-dan çox evə, sosial obyektə və infrastruktura ziyan dəydiyi müəyyənləşib. Belə ki, çoxmənzilli binada yerləşən 2 ev, 44 fərdi yaşayış evi dağıdılıb, 11 sahibkarlıq subyektinə ziyan dəyib. Bir uşaq bağçası, istirahət parkı və vergilər idarəsinin binası zərər görüb. Bundan başqa, bir yük maşını və minik avtomobili yararsız hala düşüb.

İşçi qrupu tərəfindən rayonda digər ərazilərə baxış keçirilməsi davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed