Şrift:
Fransada koronavirusdan ölənlərin sayı 100 mini ötüb
16.04.2021 [10:49] - Gündəm, Sosial
Fransada yeni növ koronavirus (COVID-19) qurbanlarının sayı 100 mini keçib. Ölkədə son sutka ərzində koronavirusdan 300 nəfər ölüb.

Bu haqda ölkənin Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, ölkədə epidemiya başlayandan koronavirusdan ölənlərin ümumi sayı 100 min 73-ə çatıb. Son 24 saatda koronavirusa 38 min 45 yeni yoluxma qeydə alınıb.

Ölkə əhalisinin 22.8 faizinin peyvənd edildiyi bildirilib. Qeyd olunub ki, ötən il dekabrın sonundan başlayan peyvənd kampaniyası çərçivəsində 11 milyon 956 min 87 nəfər peyvənd edilib ki, onlardan 4 milyon 265 min 276-na peyvəndin 2-ci dozası vurulub.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed