Şrift:
Rinaldo Neftçi millisinə qatıla bilər
17.05.2013 [13:05] - Gündəm, İdman
Azərbaycan çempionu “Neftçi” Peru millisinin üzvü Rinaldo Krusadonu heyətinə qata bilər. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” hazırda ABŞ-ın “Newell's Old Boys” klubunda çıxış edən futbolçuya təklif göndərib və Krusadonun cavabını gözləyir.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Alianza Lima” (Peru, 2002-2006, 115 oyun, 5 qol), “Grasshopper” (İsveçrə, 2007-2008, 35 oyun, 2 qol), “Sporting” (Peru, 2008, 14 oyun), “Esteghlal” (İran, 18 oyun, 1 qol), “Juan Aurich” (2010-2011, 28 oyun, 4 qol) və “Chievo” (İtaliya, 2011-2013, 30 oyun, 1 qol) klublarında çıxış edib. Bu ilin əvvəlində ABŞ-ın “Newell's Old Boys” klubuna keçən Rinaldo 6 oyunda 1 qola imza atıb.

O, klub karyerası ərzində 4 dəfə çempion olub. “Alianz Lima” ilə 3 dəfə 2003, 2004, 2006) Peru çempionluğunu bayram edən Krusado 2008-2009 mövsümündə İran Pro Liqasının qızıl, bir il sonra bürünc medalına sahib çıxıb.

“Neftçi”nin istədiyi futbolçu 2003-cü ildən çağırıldığı Peru millisində 27 oyun keçirib və 2 qol vurub. Yığmanın aprelin 17-də Meksika ilə keçirdiyi oyunda meydanda olan Rinaldo 2011-ci ildə Amerika Kubokunun bürünc medalını qazanıb.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed