Şrift:
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
01.05.2024 [10:31] - Xəbərlər, Gündəm, Siyasət
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.

“Biz regional kommunikasiyaların açılmasında maraqlıyıq. Buna görə də “Sülh kəsişməsi” adlı təşəbbüs irəli sürmüşük. Bu layihə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Layihənin reallaşması körfəz ölkələri ilə Qara dəniz iqtisadi regionu arasında səmərəli əlaqələrin yaranmasına xidmət edəcək”, - Mirzoyan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed