Şrift:
Elxan Məmmədov qızıl medal qazandı
27.05.2013 [12:23] - İdman
Rusiyanın Tümen şəhərində cüdo üzrə elit "Masters" seriyalı turnir keçirilib. Yarışın sonuncu günündə idmançılarımız aktivlərinə iki medal yazdırıblar.

100 kq çəkiyədək cüdoçuların mübarizəsində Elxan Məmmədov finala vəsiqə qazanmağa müvəffəq olub. Finalda hollandiyalı rəqibi Henk Qrolla görüşən idmançımız qələbə qazanaraq qızıl medal qazanıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə bürünc medal əldə edib.
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed