Şrift:
Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”
06.09.2024 [10:04] - İdman
Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə start verib.

Rəqib İsveç seçməsi olub - 1:3.

Matçdan sonra komandamızın kapitanı Emin Mahmudov görüş barədə danışıb:

“İsveç millisi ilə ötən matçda erkən qollar vurmuşduq. Belədə oyunun gedişatı daha rahat olmuşdu. Bu gün isə əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İsveç yığmasının səviyyəsi çox yuxarıdır. Bu da, qol vurmaq üçün çətinlik yaradır. Matça təzyiqlə başladılar və bunun altından çıxa bilmədik”.

O, penalti epizodunu niyə yerinə yetirmədiyini açıqlayıb:

“Ramil Şeydayev topa məndən öncə gəldi. Xahiş etdi, mən də problem olmadığını bildirdim”.

Kapitan Slovakiya ilə matçı da dəyərləndirib:

“Bu matçı unudub, həmin görüşə köklənməliyik. Çətin oyun olacaq. Çox yaxşı rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, sərfəli nəticə əldə edək”.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed