Şrift:
MSK sədri: Bizdə müraciətlərin araşdırılması prosesi şəffafdır
06.09.2024 [10:09] - Siyasət
“Bizdə müraciətlərin araşdırılması prosesi şəffafdır, maraqlanan tərəf iştirak edə bilər”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, araşdırma Seçki Məcəlləsinin tələbinə uyğun olaraq aparılır: “Dairə Seçki Komissiyasına şikayətlər ayın 3-nə qədər verilməli idi. Şikayətlərin çoxunda olan videomaterialları sosial şəbəkəyə qoyurlar. Bizim mətbuat qrupu həmin videolara baxır, araşdırır. Daha sonra onlar iclasda müzakirəyə çıxarılacaq”.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed