Şrift:
Azərbaycan kuboku 5-ci dəfə Neftçidə
29.05.2013 [09:39] - İdman
Tofiq Bayramov adına Respublika stadionunda Azərbaycan kubokunun 2012/13 mövsümünə yekun vurulub. Final görüşündə "Neftçi" və "Xəzər Lənkəran" qarşılaşıb.
Gərgin keçən oyunun əsas vaxtında qalib olunmayıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Qalib penaltilər seriyasında bəlli olub.
Penaltilər seriyasında "Neftçi" 5:3 hesabı ilə qalib gəlib. Və beləliklə beşinci dəfə Azərbaycan kubokunu qazanıb.

Qeyd edək ki, oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq insidentin qarşısını alıb. Polislə yanaşı, PFL rəhbərliyi də mübahisənin böyüməsinə imkan verməməyə çalışıb.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed