Şrift:
Avropa çempionatına uğurla başladıq
01.06.2013 [16:16] - İdman
Mayın 31-də Vyanada bədii gimnastika üzrə XXIX Avropa çempionatı başlayıb və çempionat
iyunun 2-dək davam edəcək.
Çempionatda Azərbaycan yığma komandası da iştirak edəcəkdir. Azərbaycan idmançıları fərdi, qrup və komanda üzrə birinciliklərdə medallar uğrunda mübarizə aparacaqlar.
Qrup tapşırıqları üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandasının tərkibində Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emilya Baqiyeva çempionatın ilk günündə 5 halqa ilə çıxış etmiş və birinci mərhələni 24 komanda arasında 4-cü yerdə başa vurmuşlar.
Mayın 31-də axşam sessiyasında xalça üzərinə Marina Durunda və Lalə Yusifova çıxmışlar. Onlar öncə topla, sonra isə halqa ilə kompozisiyalar yerinə yetirmişlər. İnamlı mübarizə aparan Marina Durunda fərdi final mərhələsinə yüksəlmişdir. Lalə Yusifova isə iyunun birində digər növlərdə (gürz və lent) qüvvəsini sınayacaqdır.
Hər iki idmançının nəticələrinə əsasən Azərbaycan komanda hesabında 3-cü yerdə qərarlaşmışdır.
Beş halqa ilə çıxışların ikinci mərhələsi iyunun 1-də davam etdiriləcəkdir.
İyunun 1-də Azərbaycan gimnastları 5 halqa ilə yeniyetmələrin qrup çıxışlarında iştirak edəcək, eyni zamanda Lalə Yusifova və Marina Durunda gürz və lentlə kompozisiyalar yerinə yetirəcəklər.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed