Şrift:
İran pulu yenidən dəyərini itirir
04.07.2013 [11:07] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İran milli valyutası rialın qiyməti yenidən düşməyə başlayıb. Bu ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı yeni sanksiyalarının icrasına başlandıqdan sonra baş verib.

İranda 14 iyun prezident seçkisindən əvvəl bir ABŞ dolları 3650 tümənə mübadilə edilirdi, mötədil namizəd Həsən Ruhaninin prezident seçilməsindən sonra isə dollar 2950 tümənə düşmüşdü. ABŞ-ın İrana yeni sanksiyaları dalğasında ABŞ dollarının dəyəri 465 tümən qalxıb. İyulun 2-də bir ABŞ dolları 3415 tümənə dəyişdirilib.
İyulun 1-də ABŞ prezidenti Barak Obamanın 6 ay əvvəl İrana qarşı imzaladığı sanksiyaların icrasına başlanıb. Yeni sanksiyalar İranın gəmiçilik, gəmiqayırma sənayesini, eləcə də energetika sahələrini hədəfə alıb. Qadağalara əsasən, İrana bahalı filizlər, qrafit, alüminium, polad, metallurgiya daş kömürü və digər sənaye avadanlıqlarının ixracına da sanksiya qoyulub. İranla hər hansı bir əlaqə saxlayan və ya sanksiyaları pozaraq İranla gizli əməkdaşlıq edən və ya ona yardım göstərən
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed