Şrift:
Azərbaycan prezidenti Qəbələdə səfərdədir
18.11.2011 [13:42] - Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunda səfərdədir.

Dövlət başçısı Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezidentə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib, bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

Dövlət başçısı Qəbələnin Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbinin açılışında da iştirak edib. Prezident məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Bildirilib ki, məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası tamamilə yararsız vəziyyətə düşüb. Yeni binasının tikintisinə bu ilin aprelində başlanılıb, qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunub.

Prezident sinif otaqlarında yaradılan şəraitlə tanış olub.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed