Şrift:
Rusiyada yeni yaradılan “Kaspi” diaspor təşkilatının nizamnaməsi qəbul olunub
19.11.2011 [09:59] - Diaspor
Rusiyanın şimal paytaxtında yeni Azərbaycan diaspor təşkilatı yaradılmasına həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Moskva ətrafında yerləşən Domodedovo şəhərindəki azərbaycanlıların yeni yaratdığı diaspor təşkilatının nizamnaməsi qəbul olunub. “Kaspi” adlandırılan yeni ictimai qurumunun rəhbəri Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimov bildirib ki, yaxın zamanlarda Azərbaycan-Rusiya Mədəniyyət Mərkəzinin tikintisinə başlanılacaq. Ə. Rəhimov Azərbaycan-Rusiya Mədəniyyət Mərkəzinin yanında məscid və kilsə tikməyi nəzərdə tutduğunu bildirib.

Daha sonra Azərbaycan diasporunun nüfuzlu alimi professor Tofiq Məlikli, məşhur diplomat Ramiz Abutalib çıxış ediblər. Onlar “Kaspi” adını daşıyan təşkilatın məqsəd və məramnaməsi haqda danışıblar.
Qeyd edək ki, “Kaspi” diaspor təşkilatının rəhbəri Əlizaman Rəhimov öz vəsaiti hesabına yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə məktəb və bağça tikdirib. Fəaliyyətinə görə Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılan Ə. Rəhimov bu il A
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed