Şrift:
İran Suriyanı dəstəkləməkdə davam edəcək
09.09.2013 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəsmi Tehran Suriya hökumətini dəstəkləməkdə davam edəcək, İranın birinci vitse-prezidenti Eşaq Cahangiri Suriyanın baş naziri Vael əl-Həlqi ilə telefon danışığında deyib. Bu barədə Press TV telekanalı məlumat verir.
Cahangirinin sözlərinə görə, Tehran həmçinin Suriya ilə siyasi və iqtisadi əlaqələri də genişləndirmək niyyətindədir.
Suriyanın baş naziri öz növbəsində iki ölkəni daha sıx əməkdaşlığa çağırıb.
"Dostların, xüsusilə İranın dəstəyi ilə, Suriya xalqı və hökuməti indiki böhran arxada qoyacaq və qalib olacaq," - əl-Həlqi deyib.
Bu xəbər oxucular tərəfindən 1430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed